Baş Prokurorluq sosial şəbəkələrdə yeni hesablar yaradıb
14:32 06 İyul 2020
Nm "Məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media vasitələri də əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün ən məşhur və aktiv sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir".
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu məqsədlə prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib: "Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaqdır. Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir".
Femida.az
Oxunub: 553
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib