Avro ucuzlaşmağa davam edir

Avro ucuzlaşmağa davam edir


15:57     23 May 2015 avro8.png

Mayın 22-də Amerika fond bazarında Dow Jones indeksində 0,29% azalma müşahidə olunub və 18 232,02 bənd təşkil edib. S&P 500 0,22% geriləyərək 2 126,06 bənd, Nasdaq isə 0,03% azalaraq 5 089,36 bənd olub.


Femida.az xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,26% irəliləyərək 7 031,72 bənd, Almaniya DAX-ı 0,42% azalaraq 11 815,01 bənd, Fransa CAC-40-ı isə 0,07% geriləyərək 5 142,89 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,07% azalaraq 1 205,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1132 (-1,07%) təşkil edib.

Açar sözlər:

Oxunub: 426