Rayonlarda şaxta olacaq


13:15     08 Dekabr 2015 saxta.jpg

Bu gün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az- a verilən məlumata görə, dekabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Sabah havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam şimal və şərq rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə, dağlıq rayonlarda gecə 4-9 şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Açar sözlər:

Oxunub: 894