Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri elan olundu
16:13 06 İyul 2020
İqtisadiyyat Nazirliyi xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə “icaze.e-gov.az” portalından icazələrin alınması ilə bağlı məlumat yayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
İcazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlanılmalıdır (fəaliyyət sahələri və kodları əlavə olunur).
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- İraqda xüsusi əməliyyat zamanı İŞİD-in 38 terrorçusu yaxalanıb
- Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür