Azərbaycanda süni tənəffüs cihazı çatışmazlığı varmı?
17:59 06 İyul 2020
“Bütün dünyada fəaliyyət göstərən xəstəxanalarda süni tənəffüs cihazı ancaq reanimasiya şöbəsində olur. Oksigen təminatı isə tam başqa mövzudur”.
Femida.az xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, Yeni Klinikanın reanimasiya şöbəsi tam şəkildə süni tənəffüs cihazı ilə təmin edilib və hamısı da işlək vəziyyətdədir: “Eyni zamanda bütün çarpayılarda oksigen çıxışı var. Təbii ki, oksigen təminatı COVID-19 dönəmi üçün hesablanmayıb. Çünki oksigen təminatı daha çox əməliyyat olunan xəstələrə görə nəzərdə tutulurdu. Odur ki, indiki şəraitdə virusun yayılması kütləvi hal aldığından bütün dünyadakı xəstəxanalarda oksigen problemi var”.
P.Abbasov qeyd edib ki, süni tənəffüs cihazı ilə bağlı klinikada heç bir problem yoxdur: “Bildiyim qədəri ilə də iri tibb müəssisələrində də mövcud problem müşahidə olunmur”.
Oxunub: 739
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib