Şahdağ istirahət kompleksində yanğın


13:19     08 Dekabr 2015 2a077be9f5a3.jpg

Bu gün Şahdağ istirahət kompleksinin ərazisində yanğın baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qusar rayonu, Aladaş kəndində Şahdağ istirahət kompleksinin ərazisində tikintisi başa çatmamış mehmanxananın ərazisində fəhlələr üçün ayrılmış ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 50 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 981