AZAL çarter reyslərinə bilet satışı ilə bağlı sərnişinlərə müraciət edib


18:13     06 İyul 2020 20_07_06_1594044877.jpg

"Azərbaycan Hava Yolları" QSC (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar aviaşirkət yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.

Femida.az xəbər verir ki, bu barədə AZAL-ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.

"Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir. AZAL həmçinin provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - məlumatda deyilir.

Açar sözlər:

Oxunub: 799