Qızılağac Milli Parkında yanğın başlayıb


18:21     06 İyul 2020 yanginnnn4.jpg

Fövqəladə Hallar Nazirliyi Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğınla bağlı məlumat yayıb.

Femida.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda dənizkənarında qamışlıq və kolluq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb edilib.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 498