"COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır"


20:18     06 İyul 2020 20_07_06_1594052380.jpg

“Bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsi neqativ çıxsa da, sonradan bu pozitivə çevrilə bilir. Ona görə də bir çox ölkələrdə analiz cavabından asılı olmadan kompüter tamoqrafiyası (KT) çəkilir”.


Bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır: “Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan “buzlu şüşə” aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib həmin gün müalicəyə başlamaq lazımdır. Belə xəstələr bizdə çoxdur. Hətta sona kimi də onların cavabı neqativ çıxıb”.

Açar sözlər:

Oxunub: 508