Şamaxıda Bakı sakinini avtomobil vurub - FOTO


20:46     06 İyul 2020 20_07_06_1594053569.jpg

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində Bakı-Şamaxı yolunda, Şamaxı "ASAN" Xidmət Mərkəzinin qarşısında baş verib.

"Mercedes" markalı minik avtomobili yolu keçən piyadanı, Bakı şəhər sakini, Şamaxıda yaşayan 1996-cı il təvəllüdlü İsmayılova Tamam Akif qızını vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 496