Biləsuvar Polis Şöbəsinə yeni rəis təyin edilib


21:43     06 İyul 2020 20_07_06_1594056747.jpg

Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Femida.az -ın məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Nəsib Məmmədov təyinat alıb.

Nəsib Məmmədov bu təyinata qədər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əvvəlki rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub. Əlyəddin Səfərov 5 il əvvəl bu vəzifəyə təyin edilmişdi.

Açar sözlər:

Oxunub: 1773