Ağcabədidə ikimərtəbəli evdə yanğın olub


08:59     07 İyul 2020 20_07_07_1594098004.jpg

Ağcabədi rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğın mətbəxdə soyuducunun alovlanması ilə başlayıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 649