Bakıda karantin rejiminə əməl etməyən çay evi aşkarlanıb, 17 nəfər cərimələnib - FOTO
11:46 07 İyul 2020
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.
Oxunub: 653
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb