“Roskosmos” rəhbərinin müşaviri dövlətə xəyanət şübhəsi ilə saxlanılıb


12:15     07 İyul 2020 20_07_07_1594109194.jpg

Moskvada Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronovu saxlanılıb.

Femida.az -ın xəbərinə görə, bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

İ. Safronov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bildirilib ki, o, cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

“Roskosmos”dan TASS-a verilən məlumata görə, İ. Safronovun saxlanılmasının onun hazırkı işi ilə əlaqəsi yoxdur. Qeyd olunub ki, İ. Safronovun barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır .

Qeyd edək ki, “Roskosmos”un baş direktoru Dmitri Roqojindir.

Açar sözlər:

Oxunub: 757


Oxşar xəbərlər