15 yaşlı oğlan Kürdə batdı


15:51     07 İyul 2020 2020/07/f25d9d3b-dc7c-3355-8c94-5dc879f01559_1594124194.jpg

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb.

Femida.az-ın xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 552