İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı məktubu göndərib


16:16     07 İyul 2020 2020/07/president_1594124354.jpg

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı məktubu göndərib.


Femida.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 508