BNA sərnişindaşımaya nəzarəti gücləndirdi
16:57 07 İyul 2020
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, buna baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Daşıyıcılara da avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədi ilə hər gün səhər qarajlarda monitorinqlər keçirilir.
Hazrda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən artıq avtobus cəlb edilir. Yalnız metrostansiyaları əlaqələndirən 7 ekspres marşrut xətti üzrə isə 80-dən artıq gündəlik avtobus xətdə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dan artıq avtobus isə ehtiyyat olaraq ekspres xətlərə cəlb edilir.
Ümumilikdə həm müntəzəm, həm ekspres xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən artıqdır. Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik xəttə 160-dan artıq avtobus çıxarılır. Adi rejimlə (yay mövsümi) müqayisədə isə hazırda xətlərə 15-20% artıq avtobus cəlb edilir.
Femida.az
Oxunub: 854
Oxşar xəbərlər
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
- BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır
- BNA sədri: “Parkovşik”lərin arxasında himayədarı var”
- BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqlayıb
- BNA hərəkət iştirakçılarına müraciət etdi
- BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi