Zaqatalada beşotaqlı ev yanıb


09:13     08 İyul 2020 yangin_38673636.jpg

Zaqatala rayonunda fərdi yaşayış evi yanıb.

Məlumata görə, hadisə bu gecə saat 03:20 radələrində rayonun Çobankol kəndində, kənd sakini Fatimə Nurullayevaya məxsus, ümumi sahəsi 156 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 635