ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib


09:29     08 İyul 2020 2020/03/1584391213_5e6f4b6a0b9e4_korona_isti_1584866256.jpg

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib.

Femida.az =ın məlumatına görə, bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.

O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: “Lakin bunun üçün bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.

Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.

Açar sözlər:

Oxunub: 634