Bakıda evdən oğurluq edən şəxs tutuldu


10:42     08 İyul 2020 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews.jpg

Bakıda evdən oğurluq edilib.

Femida.az -ın xəbərinə görə, hadisə martın 21-26 tarixləridə paytaxtın Səbail rayonunun A.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs H.Şahverdiyevin evindən qapının qıfılını sındırmaqla 780 manat dəyərində televizor və məişət əşiyaları oğurlayıb.

Daha sonra ev sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Başlanılan cinayət işi üzrə Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cü il təvəllüdlü Rasim Hüseynbəyov saxlanılıb.

Açar sözlər:

Oxunub: 650