Bakıda avtomobildən 2 min manatlıq oğurluq olub


10:55     08 İyul 2020 20_07_08_1594190161.jpg

Bakıda avtomobildən oğurluq olub.

Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə küçəsində qeydə alınıb.

Qəsəbə sakini Ü. Vəliyevə məxsus “Toyata” markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində video registrator, 800 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 635