Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı AÇIQLAMA
11:33 08 İyul 2020
Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır.
Bunu Femida.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.
Həkimin sözlərinə görə, B.Bağırzadənin huşu aydın, fəaldır, əzələ zəifliyi qeyd edilsə də, artıq aktiv hərəkətlərə cəhd edir: "İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir".
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi.
Oxunub: 684
Oxşar xəbərlər
- Bəhram Bağırzadə süni nəfəs aparatından ayılıb
- Bəhram Bağırzadə ECMO cihazından ayrılıb
- Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama
- Bəhram Bağırzadənin vəziyyəti necədir? - AÇIQLAMA
- Bəhram Bağırzadədən xəbər var
- Bəhram Bağırzadənin son durumu AÇIQLANDI
- Bəhram Bağırzadənin son durumu açıqlandı
- Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum açıqlandı