Dilqəm Əsgərova nəvəsinin foto və videoları göndərildi


15:44     08 İyul 2020 dilqem.jpg

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizimlə əlaqə saxlayıb və yaxın günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olacağını deyiblər.

Bu barədə Azvision.az -a Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

"Bizdən məktub götürdülər. Mən də nəvələrinin şəkillərini, videolarını xahiş etdim ki, atama çatdırsınlar. Problem olmadığını dedilər. Bundan başqa, xahiş etdim ki, atamdan şəkil və ya videogörüntü gətirsinlər. Artıq 3 ildir ki, onun nə şəklini, nə videosun görürük".

Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 808