190 manat nə vaxt veriləcək? - Nazir müavini açıqladı
17:04 08 İyul 2020
Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial müdafiə, təminat proqramlarının icrası təmin olunub. Hətta koronavirus pandemiyası ilə əlaqədar bu tədbirlərin icrası daha da genişləndirilib və bu gün də icra olunmaqda davam etdirilir.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev REAL TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkəmizdə sosial müdafiə və təminat proqramları ixtisar olunmayıb, ili sonuna qədər nəzərdə tutulan layihələrin icrası gözlənilir.
"2020-ci ildə ölkə başçısının tapşırığı ilə şəhid ailələrinə 1500 mənzilin verilməsi nəzərdə tutulub. Mənzillərin müəyyən hissəsi artıq bu kateqoriyadan olan şəxslərə paylanılıb. İlin sonuna qədər proqramın icrası təmin olunacaq".
A.Əliyev bildirib ki, son aylar nazirlik tərəfindən 14 minə yaxın ailə ünvanlı sosial yardıma cəlb olunub.
"Hazırda 85 min ailə və ya 300 mindən çox şəxs bu yardımı alır. Bu yaxınlarda proqramla bağlı qanunvericiliklə dəyişiklik olub və müraciət üçün bir sıra şərtlərdə yumşalmalar edilib. Bundan əlavə, ölkənin 16 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həmin bölgələrdən olan 300 minə yaxın şəxşə yenidən 190 manatlıq birdəfəlik ödəmə veriləcək. Yaxın günlərdə ödənişin verilməsi tam şəkildə təmin ediləcək. Bunun üçün 55 milyon manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulub".
Femida.az
Oxunub: 807
Oxşar xəbərlər
- 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb
- 190 manatlıq ödənişlər köçürüldü
- 190 manat məbləğində birdəfəlik ödənişin verilməsi yekunlaşdırılıb
- 190 manatın verilməsinə başlanıldı
- 190 manat alacaq şəxslərin siyahısı banklara göndərilib
- 190 manatla bağlı suala aid daha bir açıqlama
- 190 manatın verilməsinə başlanıldı
- 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - Yeni açıqlama
- 190 manat ala bilməyənlərə ŞAD XƏBƏR - Yenidən müraciət edə bilərsiz
- 190 manata görə SMS almayanların nəzərinə! Bu sayta daxil olun