Gədəbəydə partlayış


16:20     23 May 2015 partlayış.jpg

Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı bir nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Açar sözlər:

Oxunub: 640