Nazir iki şöbə müdirini vəzifədən azad etdi


14:08     08 Dekabr 2015 326c268yya-5393-4f851.jpg

İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov vəzifədən azad olunub.


Report xəbər verir ki, bu barədə qərar Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında qəbul olunub.

S.Bəşirov şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə işdən çıxarılıb. Onun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Həmçinin 65 yaşı tamam olduğuna görə Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixində xitam verilməsi haqda qərar qəbul olunub.

Açar sözlər:

Oxunub: 1488