İqtisadiyyat Nazirliyi istehlakçılara bildirişlər göndərməyə başlayıb


19:51     08 İyul 2020 hokumet%20evi.jpg

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdən olduğunu istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb.

Bu barədə Femida.az-a qurumdan bildirilib.

Belə ki, “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

Femida.az

Açar sözlər:

Oxunub: 993