AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb


20:02     08 İyul 2020 2019/09/aztv_-3137615330_1568812491.jpg

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

Femida.az-ın məlumatına görə, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat verib.

"Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim", - aparıcı qeyd edib.

Qeyd edək ki, AzTV-nin 10 əməkdaşı koronavirusa yoluxub. Onlardan 2-si evə buraxılıb, 2-si vəfat edib. Digər 6 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 907