Azərbaycanda neft hasilatı 1 mln ton azalıb


10:36     09 İyul 2020 20_07_09_1594276599.jpg

2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 mln ton neft (kondensatla birlikdə) hasil edilib.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Hesabat dövründə neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 mln ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 12,2 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 mln ton təşkil edib.

Femida.az

Açar sözlər: #neft  

Oxunub: 704