Sərraf Şiruyə vəfat etdi


14:15     08 Dekabr 2015 Sərraf_Şiruyə-2.JPG

Şair Sərraf Şiruyə vəfat edib. Bu barədə şairin qohumu Qılman İman məlumat verib.


Sərraf Şiruyə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi Bərdə rayonunda keçiriləcək.

Qeyd edək ki, S. Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub.1992-1996-cı illərdə döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Məmməd Araz” və “H.B.Zərdabi” mükafatları laureatıdır./apa/

Açar sözlər:

Oxunub: 1400


Oxşar xəbərlər