Samuxda piknik edənlər cərimələndi
13:18 09 İyul 2020
Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan Kür çayının Samux rayon ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Samux rayon sakinləri Sabir Bədəlov, İslam Niftullayev, Ruslan Hüseynov, Gəncə şəhər sakinləri Lalə Ələkbərova, Müşgünaz Məmmədova və Aytac Məmmədova olduqları məlum olub.
Həmin şəxslər barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Femida.az
Oxunub: 651
Oxşar xəbərlər
- Samuxda evdə partlayış olub, xəsarət alanlar var
- Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
- Samuxda yanıq xəsarətləri alan uşaq xəstəxanada dünyasını dəyişib
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Samuxda parkda silah-sursat tapılıb
- Samuxda 25 yaşlı oğlan ölümcül döyülüb, qulağı kəsilib
- Samuxda fermada çoban həmkarını bıçaqlayıb
- Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu
- Samuxda gənc oğlan bıçaqlanıb
- Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələndi