Nazirliyin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilir? - AÇIQLAMA
14:19 09 İyul 2020
Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.
Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
"Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq", -deyə nazirlik rəsmisi bildirib.
Femida.az
Oxunub: 749
Oxşar xəbərlər
- Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib
- Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydaları dəyişdi
- Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub - Ölən var
- Nazirliyin vəzifəli şəxslərinə cinayət işi başlanıldı
- Nazirliyin proaktiv xidmətlərinin sayı 90-na çatacaq
- Nazirliyin səyyar mikroavtobusları Masallıda
- Nazirliyin sabiq əməkdaşı iş yoldaşını döydürüb - RƏSMİ
- Nazirliyin sosial sığınacaqlarına 340 nəfər qəbul olunub
- Nazirliyin tabeliyində publik hüquqi şəxslər yaradılıb - FƏRMAN
- Nazirliyin “İnstagram” səhifəsinə müraciət etdi - Dəymiş ziyanı ödəndi