Naxçıvanda iki şagirdə xüsusi aylıq təqaüd veriləcək


15:29     09 İyul 2020 telebe_krediti.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla xüsusi istedadı olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:

Nəsirova İnci Emin qızı - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə

Seyidov Vüsal Mirşahin oğlu - Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi, idman sahəsi üzrə

Femida.az

Açar sözlər:

Oxunub: 677