Polis əməliyyat keçirdi - Tutulanlar var


14:32     08 Dekabr 2015 12229.jpg

Bakıda axtarışda olan şəxslər saxlanılıb.


Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Səbail rayon Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Fuad Məhərrəmov, Səbail rayon 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mərdan Əsədullayev və Xətai rayon Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Qurban Naməzəliyev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1326