BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
17:13 09 İyul 2020
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib.
Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Femida.az-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:
"Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".
Femida.az
Oxunub: 694
Oxşar xəbərlər
- BQXK: "Azərbaycanda minlərlə insan hələ də yaxınları barədə məlumat gözləyir"
- BQXK-nın baş direktoru Lavrovla Qarabağı müzakirə edəcək
- BQXK nümayəndələri erməni diversantlarla görüşüb
- BQXK əsirlərə baş çəkib
- BQXK Qarabağda əməkdaşlarının sayını dörd dəfə artırır
- BQXK prezidenti Qarabağda meyitlərin mübadiləsi ilə bağlı açıqlama verib
- BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır
- BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı
- BQXK Bərdəyə hücumla bağlı bəyanat yaydı
- BQXK Ermənistana 1500 hərbçinin meyitini təhvil verib