Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - AÇIQLAMA
20:42 09 İyul 2020
"Son iki gün ərzində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan "e-Təbib" mobil tətbiq əlavəsində "sarı" statuslu insanların sayı artıb".
Femida.az xəbər verir ki, bunu Trend-ə "E-Təbib" layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.
Onun sözlərinə görə, "sarı" statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:
"Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün "sarı" statuslu insanlar hesab edilirlər. Biz bu insanlara tövsiyə edərdik ki, digərlərini yoluxdurmamış laboratoriyalarda analiz versinlər. Əgər testin nəticəsi neqativ olarsa, onların statusu dəyişəcək və göy olacaq. Testin nəticəsi pozitiv olduqda isə həmin şəxslərin sağlamlıq statusları "qırmızı" rəngdə olacaq".
F.Niftəliyev qeyd edib ki, "e-Təbib"də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 1506 nəfər "sarı" statuslu insan var.
Layihə rəhbəri bu rəqəmin gündəlik olaraq, dəyişdiyini də söyləyib.
Virusun yayılmasının qarşısının alınması üçün İnsanları "e-Təbib" əlavəsindən istifadə etməyə çağıran F.Niftəliyev bildirib ki, bu əlavənin bluetooth texnologiyası əsasında, internet trafiki sərf edilmədən işləyərək yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
Xatırladaq ki, telefonuna "e-Təbib" mobil tətbiqini yükləyərək qeydiyyatdan keçən şəxslər ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilir. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.), bildiriş göndərilir və onlar laboratoriya testinə dəvət edilir.
Oxunub: 801
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib