İtaliyada daha 214 nəfər koronavirusa yoluxub, 12 nəfər isə virusdan ölüb


21:26     09 İyul 2020 20_07_09_1594315645.jpg

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 12 nəfər artıb və ümumilikdə 34 926-ya çatıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

Bundan bir gün əvvəl 15 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi. İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 214 nəfər olub. Hazırda 13 459 italiyalı xəstəlikdən müalicə olunur.


Epidemiyanın əvvəlindən bəri İtaliyada 193 978 nəfər müalicə olunaraq sağalıb. Hazırda 69 nəfər intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 242 363 nəfərdir.

Açar sözlər:

Oxunub: 918