Bakıda yenidən karantin postları qurulub
09:24 10 İyul 2020
Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib.
Femida.az xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Karantin postlarında dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.
Həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, zərurət yaranacağı təqdirdə sərt karantin elan olunan ərazilərdə şənbə və bazar günlərində yenidən karantin postları bərpa ediləcək: "Əgər zərurət yaranarsa, həmin postlar yenidən qurulacaq. Əgər zərurət olmazsa, sadəcə marşrut postlarının fəaliyyəti kifayət edəcək. Bütün bunlar əhalinin təhlükəsizliyini təmin etmək, onların zərurət olmadığı halda evdən çıxmaması və COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımlardır. Əhali özünü qorumalı, virusun yayılmasının qarşısı alınmalıdır".
Femida.az
Oxunub: 1389
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb