Elektron icazədən istifadə edərək istirahətə gedən şəxslər cəzalandırıldı


11:28     10 İyul 2020 20_07_10_1594367706.jpg


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək rayona istirahət üçün gələnlər də olub.

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 738