Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edilib


13:20     10 İyul 2020 20_07_10_1594372198.jpg

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Femida.az -ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.


Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya yeni təyinatları təsdiqləyiblər.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

Açar sözlər:

Oxunub: 1407