Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək


13:04     10 İyul 2020 gurcustan%20azerbaycanli.jpg

Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi hazırlanır.

Bu barədə Femida.az-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar iyulun 11-də koronavirusla bağlı testdən keçiriləcəklər. Nəticələr 1 gündən sonra səfirliyə təqdim olunacaq.

Test nəticələri mənfi çıxan və COVID-19 pasportu veriləcək Azərbaycan vətəndaşları iyulun 13-dən xüsusi ayrılmış avtobuslarla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, iyunun 23-də 178 Azərbaycan vətəndaşının vətənə çatdırılması təmin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 733