Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb


16:12     10 İyul 2020 teyyare36.jpg

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi iyulun 15-dək olan dövr üçün ölkə xaricində qalan vətəndaşların vətənlərinə qaytarılması ilə bağlı aviareyslərin qrafikini yeniləyib.

Femida.az -ın verdiyi məlumata görə, siyahı nazirlik tərəfindən Rusiya vətəndaşlarının xaricdən gətirilməsi üçün yaradılan “Telegram” kanalında yayımlanıb.

Ümumilikdə 16 reys planlaşdırılıb.

O cümlədən iyulun 11-də Bakı - Jukovski reysi baş tutacaq. İyulun 12-nə isə Bakı-Moskva reysi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 761