Üstündə mobil telefon aşkarlanan 2 nəfər qəbul imtahanından xaric olunub


16:28     10 İyul 2020 sınaq-imtahanı.jpg

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilib.

DİM-dən Femida.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Açar sözlər:

Oxunub: 471


Oxşar xəbərlər