Rayonlara gediş-gəliş hansı halda açıla bilər? – TƏBİB rəsmisi açıqladı


17:58     10 İyul 2020 2020/07/dyp-karantin-1587621104602_1594389579.jpeg

"Yay vaxtları ilə bağlı karantinlə bağlı şikayətlər daxil olur".


Femida.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyir: "Bildirim ki, bütün epidemiyalarda ən birinci silah həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik".

Femida.az

Açar sözlər:

Oxunub: 922