Şəmkirin yeni hərbi prokuroru kimdir? - DOSYE


18:24     10 İyul 2020 2020/07/107086489_755454768328101_3049756724817335200_n_1594391439.jpg

Şəmkir hərbi prokuroru vəzifəsinə təyinat olub.

Femida.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Belə ki, ədliyyə polkovnik-leytenantı Qəhrəmanov Şöhrət Qazaxəli oğluna Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilib.

Şöhrət Qəhrəmanov Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, Bakı hərbi prokurorunun müavini vəzifəsində qulluq keçmişdir, ədliyyə polkovnik-leytenantıdır

Açar sözlər:

Oxunub: 2804