Nazirlik: Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır


20:13     10 İyul 2020 2020/07/1594390926305_vo1lwZyr_1594397703.jpg

“Poliklinikalara müraciət mümkün qədər telefon vasitəsi ilə olmalıdır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov qeyd edib ki, Bakı şəhəri üzrə poliklinikaların hamısının əlaqə nömrəsi var: “Çalışmalıyıq ki, potensial xəstə olan insanların evdə qalmasını təmin edək. Poliklinikaların girişində və yaxınlığında xüsusi məntəqələr də yaradılıb. Çalışırıq ki, potensial koronavirus xəstəsi olanlarla olmayanlar qarşılaşmasın. Poliklinikada həkimə telefonla müraciət edilməli, koronavirus şübhəsi varsa, həkim briqadası ev şəraitində test üçün yaxma götürməlidir. Əgər xəstə poliklinikaya gəlibsə, şübhə varsa, yaxma götürülür və əgər vəziyyəti ağır deyilsə, xüsusi maşınla evə gətirilir”.

Səhiyyə Nazirliyinin aparat rəhbəri nəzərə çatdırıb ki, tibb işçiləri vaxtı vaxtında qoruyucu geyimlərlə təmin olunur, dəyişdirilməsi həyata keçirilir.(apa)

Femida.az

Açar sözlər:

Oxunub: 818