İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı


09:21     11 İyul 2020 bakubus-avtobuslari-dasladilar.jpg

Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

Femida.az xəbər verir ki, bu gündən 13 iyul saat 06:00-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Qeyd olunan ərazilərdə sərt karantin rejimi 20 iyul saat 06:00-dək uzadılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 536