Bu küçədə hərəkət məhdudlaşdırılacaq


12:00     11 İyul 2020 yol%20temir2.jpg

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Sabit Orucov küçəsində bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


Femida.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik" - deyə qurum bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 629