Azərbaycandan 120 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub


14:12     11 İyul 2020 20_07_11_1594462076.jpg

Azərbaycandan 120 İran vətəndaşının ölkəsinə qayıtması təmin olunub.

Femida.az -ın məlumatına görə, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Koronavirus epidemiyası səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşları ölkələrinə qayıtmaları həyata keçirilir. Bu gün 120 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib.


İndiyədək 7 qrup şəklində 905 nəfər İran vətəndaşı ölkəsinə geri qayıdıb.

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb və iki ölkə arasında hava uçuşları da dayandırılıb.

Sərhədlərin bağlanmasına baxmayaraq nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb və yük daşımaları davam etdirilir.

Açar sözlər:

Oxunub: 636