İranda son sutka ərzində 188 nəfər COVID-19-dan vəfat edib


14:52     11 İyul 2020 20_07_11_1594464171.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib.

Femida.az -ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 12635 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2397 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 255117 nəfərə çatıb.


İndiyədək xəstəlikdən 217666 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3338 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Açar sözlər:

Oxunub: 818